• Şb. Noy 23rd, 2024

Tokioda olimpiadanın kütləvi yerlərdə izlənilməsi qadağan edildi

ByYenigun.news

İyn 19, 2021

Tokio rəhbərliyi koronavirusun yayılmasının qarşısını almaq üçün şəhərin ictimai yerlərində Yay Olimpiya Oyunlarına kütləvi şəkildə baxmağı qadağan edib.

Yenigun.news xəbər verir ki, bu barədə Tokio valisi Yuriko Koike açıqlamasında məlumat verib.

O bildirib ki, ictimai yerlərdə yarışları açıq şəkildə nümayiş etdirməkdən imtina ediblər. Koikenin sözlərinə görə, olimpiadanı göstərmək üçün ekranların quraşdırılması lazım olan məkanların bəziləri koronavirus əleyhinə peyvənd mərkəzlərinin təşkili üçün istifadə ediləcək.

Qeyd edək ki, olimpiadanın 23 iyul – 8 avqustda, paralimpiadanın 24 avqust – 5 sentyabrda keçirilməsi planlaşdrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir