• Şb. İyl 27th, 2024

Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi

ByYenigun.news

May 11, 2021

Bu gün tanınmış rəssam, Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Eldar Zeynalov koronavirusdan vəfat edib. 

“Yenigun.news” xəbər verir ki, bu barədə Naxçıvan Rəssamlar Birliyi məlumat yayıb. Bildirilib ki, Türkiyədə yaşayan rəssam son günlərini Nazilli Dövlət xəstəxanasında başa vurub.

Rəssamın indiyə qədər bir neçə dəfə ürək əməliyyatı keçirdiyi də bildirilir.

Qeyd edək ki, Eldar Zeynalov Daşkənd Teatr və Rəssamlıq İnstitutu, Dnepropetrovsk (Ukrayna) İnşaat Mühəndislik İnstitutu, Azərbaycan İnşaat Mühəndislər İnstitutu, Slovakiya Urban Fakultet – İnstitutu, Moskva Memarlıq İnstitutu (Dövlət Akademiyası) və digər təhsil ocaqlarında təhsil alıb. 

Uzun illər İtaliyada yaşayıb-yaradan azərbaycanlı rəssamın əsərləri İtaliya, Avstraliya, Yeni Zelandiya, ABŞ, Yaponiya və sair ölkələrdə nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir