• C. Apr 26th, 2024

“Elektronikin macəraları”nın aktyoru vəfat etdi

ByYenigun.news

Mar 19, 2021

Sovet teatr və kino aktyoru Aleksandr Kazimirov Odessa şəhərində dünyasını dəyişib.

Yenigun.news xəbər verir ki, bu barədə onun həmkarı Yuri Yuşenko feysbukda bildirib.

Kazimirov 76 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, A.Kazimirov 1944-cü ildə Ukraynanın Odessa şəhərində anadan olub. Karyerası boyu ərzində 30-dan çox film və serialda çəkilib. Onların arasında “Elektronikin macəraları”, “Ləğv”, “Kapitan Qrantın axtarışında” və s. geniş tamaşaçı auditoriyasına tanışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir