• Bz. Fev 5th, 2023

Üzeyir Hacıbəylinin Şuşadakı heykəli belə olacaq – Video

ByYenigun.news

İyl 5, 2021

Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq. 

“Yenigun.news” xəbər verir ki, hazırda Bakıda emalatxanada heykəlin hazırlanması prosesi gedir.

Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində ucaldılacaq abidə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılır.

Heykəlin üzərində işlər 18 Sentyabr- dahi bəstəkarın doğum günü və Musiqi Gününə qədər başa çatdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir