• C. Apr 19th, 2024

Xarici diplomatlar Ağdam Dram Teatrınının qalıqları ilə tanış oldu – Fotolar

ByYenigun.news

İyn 13, 2021

Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri iyunun 13-də Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir.

“Yenigun.news” xəbər verir ki, qonaqlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, teatr binasının qalıqları gələcəkdə açıq səma altında muzeydə saxlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir