• Ça. Noy 26th, 2024

“Ermənistan XİN utancverici vəziyyətdədir”

ByYenigun.news

İyn 8, 2021

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan rəhbərsiz qalmış ölkə XİN-in utancverici bir vəziyyətdə olduğunu bildirib.

“Yenigun.news” xəbər verir ki, o, bu barədə Sisyan şəhərində seçiciləri ilə görüşdə açıqlama verib.

Koçaryan Ermənistanın siyasi rəhbərliyinin qabiliyyətsizliyi səbəbindən dövlət sisteminin iflasa uğradığını söyləyib. 

Sabiq Prezidentin sözlərinə görə, orada həqiqi mütəxəssislərdən ibarət bir komanda işləyirdi, amma bu gün bu qurumun “başı qoparılıb”.

“Və biz bundan sonra hansısa danışıqlar prosesi haqqında danışırıq? Axı məhz Xarici İşlər Nazirliyi məhbuslarla əlaqəli, qayıdış üçün beynəlxalq reaksiya və rezonans yaradan məsələlərlə məşğul olmalıdır. Ancaq bu qurum mövcud deyil və indi kimin çalışacağı bəlli deyil”,- deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın keçmiş XİN rəhbəri Ara Ayvazyan mayın 27-də istefaya getmişdi. Ötən gün isə xarici işlər nazirinin bütün müavinləri istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir