Yerevanda müvəqqəti Baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən aksiyada saxlanılanlar var.
“Yenigun.news” erməni mediasına istinadən xəbər verir ki, baqramyan prospektini bağlamağa çalışan aksiyaçılardan 9 nəfər polis bölməsinə aparılıb. Polis əvvəlçə etirazçılarla danışaraq yolu açmalarını istəyib. Lakin mitinqçilər bu tələbə məhəl qoymadığından polis hərəkətə keçməli olub. Saxlanılanlar arasında “Yerkir Tsirani” partiyasının lideri Zarui Postandcyan da var.
Polisin tədbirlərindən sonra prospektdə hərəkət bərpa olunub.