• Ça. Dek 6th, 2022

Putinlə Baydenin İsveçrədə görüşü zamanı hava məkanı bağlanacaq

ByYenigun.news

İyn 1, 2021

Rusiya və ABŞ Prezidentlərinin zirvə görüşü zamanı Cenevrə üzərindəki hava məkanı mülki təyyarələr üçün bağlana bilər.

“Yenigun.news” xəbər verir ki, bu barədə İsveçrə Federal Müdafiə, Mülki Müdafiə və İdman Nazirliyinin sözçüsü Lorens Frişknext “RİA Novosti”yə açıqlamasında bildirib.

“Hava məkanını müşahidə etməyə hazırlıqlar davam edir. Hazırda daha ətraflı məlumat verə bilmərik. Potensial tədbirlər arasında hava məkanına nəzarət, döyüş təyyarələrinin və qurudan hava müdafiə sistemlərinin yerləşdirilməsi və hava məkanının mülki aviasiyanın istifadəsinə bağlanması var”,- deyə Frişknext vurğulayıb.

Qeyd edək ki, Rusiya və ABŞ Prezidentləri Vladimirlə Co Baydenin görüşü 16 iyunda İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Görüş çərçivəsində strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq məsələlər və regional münaqişələrin müzakirə ediləcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir