• C. İyl 19th, 2024

Rusiyada turist helikopteri qəzaya uğradı — 8 nəfər öldü

ByYenigun.news

Avq 12, 2021

Rusiyanın Kamçatka diyarında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, 8 nəfər həlak olub.

“Yenigun.news” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.

Qeyd edilir ki, hadisə zamanı helikopterdə olan 9 nəfər sağ qalıb.

Məlumata görə, heyət üzvləri dumanlı hava şəraitində helikopteri endirmək istəyiblər. Lakin helikopter “Yelizovo” hava limanından 200 kilometr məsafədəki Kurilsk gölə düşüb.

TASS agentliyi də qəza zamanı 8 nəfərin həlak olduğunu yazıb. Qeyd edilir ki, qəza zamanı daha 9 nəfər xəsarət alıb. Helikopter göldə batıb. Hadisə yerinə xilasetmə qüvvələri göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir