• Şb. İyl 27th, 2024

Ərdoğan Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimi izlədi – FOTO/VİDEO

ByYenigun.news

İyn 9, 2022

Türkiyə Silahlı Qüvvələrinin ən böyük planlı təlimlərindən biri olan “Efes-2022”nin “Yüksək səviyyəli müşahidəçi günü” başlayıb.

“Haber Global”ın məlumatına görə, beynəlxalq tədbiri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da izləyib.

Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, bu gün təlimlərin son günüdür. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyəti təlimləri izləyən ali qonaqlar sırasında olublar.

“Efes-2022” təlimi Azərbaycan da daxil olmaqla 37 ölkədən 11 minə yaxın şəxsi heyətin iştirakı ilə keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir