• Şb. Apr 20th, 2024

ATƏT Azərbaycanın bu addımını alqışladı

ByYenigun.news

May 5, 2021

“ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şefer (Amerika Birləşmiş Ştatları) Azərbaycanın erməni hərbçilər Robert Vardanyan, Samvel Şuxyan və Seryan Tamrazyanı sərbəst buraxmasını alqışlayır”.

Yenigun.news” xəbər verir ki, bu barədə ATƏT-in saytında həmsədrlərin yayımladığı bəyanatda deyilir.

Hər iki tərəf bütün əsirləri və həlak olanların qalıqlarının qarşılıqlı olaraq qaytarılmasına, eləcə də, humanitar öhdəliklərə hörmətlə yanaşmağa çağırılıb.

Qeyd edək ki, Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən humanizm prinsipləri ilə cavab verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir