• Ç. Sen 27th, 2023

ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

ByYenigun.news

Sen 19, 2023


ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Bu barədə ATƏT sədri özünün “X” hesabında bildirib.

Onun sözlərinə görə, görüş bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində baş tutacaq.

ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə diplomatik təması davam etdirmək və davamlı sülh yolunda səyləri prioritetləşdirmək çağırışını yeniləyəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir