• Şb. İyl 13th, 2024

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı təhlükəli yolundan döndərməyə çağırır

ByYenigun.news

Sen 18, 2023


“Azərbaycanın suverenliyi və ərazi bütövlüyü istənilən ölkəninki qədər vacibdir”.

“Report” xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

Qeyd olunub ki, Azərbaycan dünyanın istənilən ölkəsi kimi beynəlxalq hüquqda əks edilmiş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

“Bu vacib məqamda Ermənistanı öz təhlükəli yolundan döndərməyə məcbur etmək həmişəkindən daha mühümdür və daha çox tələb olunur.

Ermənistan və onun Azərbaycanın suveren ərazilərində bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxladığı xunta vaxt qazanmağa yönəlmiş köhnə taktikaya arxalanmağın heç bir nəticə verməyəcəyinə dair beynəlxalq ictimaiyyətin vahid və aydın mövqeyi ilə üzləşməlidir”, – deyə brifinqdə vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir