• Ca. Apr 25th, 2024

Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzalayıb – FOTO

ByYenigun.news

İyl 5, 2022

Azərbaycanla Özbəkistan arasında Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənədə Daşkənddə Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısında imza atılıb.

Toplantı çərçivəsində azərbaycanlı nazir İnam Kərimov özbək həmkarı Cəmşid Xocayevlə görüşüb. Görüşdə Prezident İlham Əliyevin Özbəkistana son rəsmi səfəri zamanı əməkdaşlığın gücləndirilməsinə dair qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi, əməkdaşlığın gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb. Sonda aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb. Sənəddə iki ölkənin aqrar sığorta sisteminin, kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri sahəsində təcrübə mübadiləsi aparması, ipəkçilik sahəsində birgə müəssisənin yaradılması və digər məsələlər öz əksini tapıb.

İ.Kərimov həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Qırğızıstanın kənd təsərrüfatı naziri Askarbek Canıbekov və Qazaxıstanın kənd təsərrüfatı naziri Erbol Karaşukeyevlə ikitərəfli görüşlər keçirib.

Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısının sonunda yekun bəyannamə qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir