• C. Dek 13th, 2024

Azərbaycan və Uruqvay XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib – FOTO

ByYenigun.news

May 13, 2022

Uruqvayın paytaxtı Montivideo şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Uruqvay Xarici İşlər Nazirliyi arasında növbəti (ikinci) siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Karolina Açe Batye rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, kənd təsərrüfatı, nəqliyyat, enerji və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin Uzaq Şərq-Orta Asiya-Avropa arasında ticarət əlaqələrinin artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Tərəflər, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

Həmin gün xarici işlər nazirinin müavini Elnur Məmmədov Uruqvay Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının Uruqvay – Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.

Görüş zamanı parlamentlərarası münasibətlərin genişləndirilməsi, ikitərəfli əməkdaşlığın inkişafı, Cənubi Qafqaz regionunda gedən proseslər və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir