• Şb. İyl 27th, 2024

Azərbaycandan Ermənistana delimitasiya komissiyası ilə bağlı TƏKLİF

ByYenigun.news

May 10, 2022

“6 aprel tarixində Brüsseldə Azərbaycan Respublikası Prezidenti, Ermənistan baş naziri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılıqlardan biri də o idi ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiya yaradılacaq”.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, aprel ayının sonunadək ilk iclasın keçirilməsi planlaşdırılırdı:

“Onu qeyd edə bilərəm ki, görüş keçirməzdən öncə mənim Ermənistan xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Bu zaman biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik. Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesində digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətlərin fərqlərini nəzərə alaraq, bizim təklifimiz o idi ki, komissiya fərqli bir formatda təşkil edilməlidir.

Azərbaycan tərəfinin təklifi o idi ki, Azərbaycan tərəfdən komissiyaya rəhbərlik edən şəxs Baş nazir səviyyəsində olsun. Hələ ilk telefon danışığımız zamanı Ermənistan xarici işlər naziri bunu anlaşıqla qəbul etdi və dedi ki, bunu Ermənistanda müzakirə etmək üçün əlavə vaxt lazımdır. Daha sonra Ermənistan tərəfi bu təklifin onlar üçün də məqbul olduğunu qeyd etdi.

Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Azərbaycan tərəfi hələ aprel ayında bu iclasın keçirilməsinə hazır idi. Biz yenə də hazırıq. Ermənistan tərəfi öz prosedurlarını yerinə yetirdikdən sonra belə bir iclası keçirmək mümkün olacaq”, – nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir