• C. Apr 19th, 2024

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olundu

ByYenigun.news

May 26, 2021

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Şimali Makedoniya vətəndaşı Vladanka Andreyeva təyin olunub.

“Report” bu barədə diplomatik mənbələrə istinadən xəbər verir. Hazırkı rezident əlaqələndirici Qulam İsaqzainin səlahiyət müddəti bu ilin iyununda başa çatır.

İxtisasca həkim olan V.Andreyeva 2017-ci ildən Kambocada UNAIDS-in ölkə direktoru vəzifəsində çalışıb. Həmçinin UNDP (BMT İnkişaf Proqramı) və BMT-nin başqa qurumlarında çalışmış diplomat ingilis, serb, rus dillərini bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir