• Şb. İyl 27th, 2024

Britaniya səfiri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib – FOTO

ByYenigun.news

May 28, 2022

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.

O, bu barədə “Twitter” hesabında paylaşım edib.

“Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm! Bu il biz həm də Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. Xalqlarımız arasında mövcud dostluq münasibətlərini və ölkələrimizin hərtərəfli əlaqələrinin bundan sonra da güclənməsini diləyirəm!”, – deyə səfir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir