• Be. Fev 26th, 2024

Ceyhun Bayramov Ermənistandakı aksiyalardan danışdı – FOTO

ByYenigun.news

May 10, 2022

“Ermənistanda etiraz aksiyalarını təşkil edənlər, onun başında duranlar Ermənistan cəmiyyəti üçün kifayət qədər məlum şəxslərdir. Onlar əvvəllər hakimiyyətdə olublar və məqsədləri bəllidir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə əsasən, həmin şəxslər uzun illər erməni xalqına vədlər verib, onları illüziyalarla aldadıblar.

Nazir qeyd edib ki, Ermənistandakı mitinqlər hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir. 

“Bəziləri Qarabağ mövzusunu gündəmə gətirmək istəyirlər. Biz bu prosesləri izləyirik. Orada geniş ictimai dəstəkdən söhbət getmir, ən böyük halda beş-altı min adam belə yoxdur”, – deyə nazir əlavə edib.

Aqşin Kərimov
FOTO: Tapdıq Abdullayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir