• Bz. Fev 5th, 2023

Ceyhun Bayramov Tacikistan və Pakistan XİN başçıları ilə görüşüb – FOTO

ByYenigun.news

Yan 24, 2023

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Bilaval Bhutto Zərdari və tacikistanlı həmkarı Sirociddin Muhriddinlə görüşüb.

Bu barədə Azərbaycan XİN başçısı “Twitter” hesabında bildirib.

Görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub.

“Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli münasibətlərin və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məhsuldar söhbətimiz oldu”, – Ceyhun Bayramov bildirib.

O, Bilaval Bhutto Zərdari ilə isə strateji münasibətlərin dərinləşməsini müzakirə etdiyini qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir