• Be. Fev 26th, 2024

Ceyhun Bayramov: “Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi Ermənistan üçün də vacibdir”

ByYenigun.news

İyn 7, 2022

“Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi Ermənistan üçün də vacibdir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, münasibətləri normallaşdırmaq və inkişaf üçün zəmin yaratmaq hamıdan çox Ermənistana lazımdır.

Xarici siyasət qurumunun rəhbəri Ermənistandan da bu yöndə bəzi müsbət mesajların olduğunu bildirib.

“Biz bunları müsbət addımlar kimi görürük… Qonşu ölkələrlə – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla inkişafın zəminini yaratmaq hamıdan çox Ermənistana lazımdır. Çünki onun işğalçı və təcavüzkar siyasəti son 30 ildə Ermənistana fəlakətlərdən başqa heç nə gətirməyib. İrəvan bunu anlamalı və düzgün nəticə çıxarmalıdır”, – deyə o vurğulayıb.

Zəngəzur dəhlizi üzrə danışıqlara toxunan Bayramov Ermənistanın müxtəlif bəhanələrlə onu uzatmaqda davam etdiyini bildirib.

“Ermənistan regionda ən məhdud nəqliyyat vasitələrinə malik ölkədir və bu səbəbdən sözügedən layihənin (Zəngəzur dəhlizi – red.) həyata keçirilməsi regionun digər ölkələri kimi Ermənistan üçün də vacibdir”, – deyə XİN rəhbəri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir