• Ça. Apr 23rd, 2024

Deputatdan İrəvandakı erməni vandalizmi ilə bağlı ictimaiyyətə ÇAĞIRIŞ

ByYenigun.news

İyl 5, 2022

“Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində əlimizdən gələni etməliyik”.

“Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sədri, “Qərbi Azərbaycan yaddaşı” layihəsinin müəllifi, deputat Əziz Ələkbərli “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatında deyib.

Onun sözlərinə görə, İrəvan şəhərinin başqa yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlılar həmişə üstünlük təşkil edib:

“Ancaq zaman-zaman onlar Ermənistandan deportasiya olunub, onlara məxsus tikililər, habelə İrəvan şəhərindəki müsəlman abidələri erməni vandalizminin qurbanına çevrilib. Ermənilərin son 200 il ərzində törətdikləri vəhşiliklər dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu işdə hər birimiz, Azərbaycan diasporu və digər qurumlar aktiv şəkildə fəaliyyət göstərməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir