• Ça. Sen 27th, 2022

Ermənistan minalanmış ərazilərin xəritələrini dərhal verməlidir — Müdafiə Xətti

ByYenigun.news

İyn 4, 2021

Müdafiə Xətti hüquq- müdafiə təşkilatı iyunun 4-də iki jurnalistin və bir dövlət qulluqçusunun minaya düşərək həlak olması ilə bağlı bəyanat yayıb.

Susuzluq kəndi Ermənistanla sərhəddən, müxtəlif dövrlərdə fəal hərbi əməliyyatlar aparılan ərazidən 10-12  kilometr aralıda yerləşir. Odur ki, bu ərazidə mina basdırılması heç bir halda hərbi əməliyyatlarla əlaqələndirilə bilməz.

“Ermənistan tərəfi dəfələrlə olunmuş müraciətlərə məhəl qoymayaraq minalanmış ərazilərin xəritəsini verməyib. Özünü münaqişənin dinc yolla həllində səlahiyyətli sayan ölkələrin və beynəlxalq qurumların xəritələrin verilməməsinə anlaşılmaz laqeydliyi təəccüb doğurur”, – bəyanatda deyilir.

Hüquq müdafiəçiləri güman edirlər ki, minalar müharibədən sonra basdırılıb ki, bu da insanlığa qarşı açıq terror aktı və cinayətdir.

“Müdafiə Xətti Ermənistan Respublikası rəhbərliyindən və sülhməramlı fəaliyyəti üzərinə götürmüş Rusiya Federasiyasından, münaqişənin həllilə məşğul olmalı olan təşkilatlardan minalanmış ərazilərin xəritələrinin dərhal Azərbaycan tərəfinə verilməsini, Ermənistan rəhbərliyindən işğaldan azad olunmuş ərazilərdə dinc əhaliyə qarşı terrora son qoyulmasını tələb edir”, – bəyanatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.