• Bz. Mar 3rd, 2024

“Formula-1”i izləyən qazi: “Sözlə ifadə etmək olmur, bu hissi yalnız yaşamaq lazımdır”

ByYenigun.news

İyn 10, 2022

“Formula-1” üzrə Azərbaycan Qran-prisini izləyənlər arasında Vətən müharibəsi qazisi İlkin Əliyev də var.

O, “Report”a açıqlamasında bugünkü tədbirin təşkilatçılarına təşəkkür etdiyini söyləyib:

“Təşkilatçılar şəhid ailələrinə və qazilərə hörmət edərək bu tədbirə dəvət ediblər. Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk ki, mötəbər “Formula-1” yarışı ölkəmizdə keçirilir. Bu kimi yarışlar bizim övladlarımızın gələcəyi üçün yaxşıdır. Hər kəsə diqqətləri üçün minnətdaram. İlk dəfədir ki, “Formula-1”i izləyirəm və bu həyəcanı yaşayıram. Bu, tam başqa hissdir. Sözlə ifadə etmək olmur, bu hissi yalnız yaşamaq lazımdır”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir