• Ca. Apr 25th, 2024

Gürcüstanda ermənilər Azərbaycan və Türkiyəyə qarşı təxribatlarından əl çəkmirlər – FOTO

ByYenigun.news

Apr 24, 2022

Gürcüstanın paytaxtı Tbilisi şəhərində qondarma “erməni soyqırımı”nın 107-cı ildönümünə həsr olunan aksiya keçirilir.

“Report” xəbər verir ki, Gürcüstanın erməni icmasının üzvlərinin təşkil etdiyi aksiya Filarmoniya binasının qarşısında başlayıb.

Ermənilər ötən il olduğu kimi bu il də Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar. Belə ki, iştirakçılar Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində yaradılmış separatçı rejimin “bayrağı”nı da tutublar.

Bununla yanaşı, Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və ingilis dilində “Ararat Ermənistanın ən hündür dağıdır” sözlərinin yazıldığı plakat da qaldırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Aksiya Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüşlə davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir