• Bz. Fev 5th, 2023

Gürcüstanın sülh modeli: Nazirdən AÇIQLAMA

ByYenigun.news

Apr 27, 2022

“Gürcüstan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri daha da inkişaf edəcək.

“Mənim Azərbaycanda keçirdiyim görüşlər Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığı dərinləşdirmək, xalqlarımız və regionun rifahı naminə nəticə əldə etmək məqsədi daşıyır”, – deyə nazir əlavə edib.

O deyib ki, Gürcüstan regionda sülhün bərqərar olması üçün yardımçı olmağa hazırdır və bu, digər platformalara ziddiyyət təşkil etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir