• Şb. İyl 13th, 2024

Həmid Həmidov: “Ermənistanın son dövrlərdəki siyasəti antiterror tədbirlərini qaçılmaz edib” – VİDEO

ByYenigun.news

Sen 19, 2023


“Bilmirəm rəsmi İrəvan nəyə ümid edirdi, amma Ermənistanın son zamanlardakı siyasəti antiterror tədbirlərini qaçılmaz edib”.

Bunu “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov CBC TV-nin efirində bildirib.

“Ordumuzun hazırda keçirdiyi lokal xarakterli antiterror tədbirləri tamamilə ədalətlidir. Bu tədbirlər bölgədə separatçılığa son qoymaq üçün başladılıb. Əminəm ki, qeyd olunan hədəfə nail olunacaq və separatçılığın kökü kəsiləcək”, – deyə tanınmış jurnalist bəyan edib.

H.Həmidov vurğulayıb ki, hazırda ordumuzun Qarabağda həyata keçirdiyi tədbirlər bölgədəki dinc əhaliyə qarşı yönəlməyib.

Daha ətraflı CBC TV-nin videomaterialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir