• Be. Okt 14th, 2024

ICCROM: “İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vaxt aparacaq”

ByYenigun.news

May 20, 2022

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi vaxt aparacaq”.

“Report” xəbər verir ki, bunu Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru Uebber Ndoro deyib.

O, minalardan təmizlənmə üzrə proqramın hazırlanmasının zəruri olduğunu vurğulayıb.

“Mən Afrikadanam. Orada da eyni problemlər, çoxlu minalar var. Minatəmizlənməsi prosesi üçün vaxt lazımdır”, – deyə U.Ndoro bildirib.

ICCROM-in baş direktorunun sözlərinə görə, minatəmizlənməsi prosesinin başa çatması insanların bu ərazilərə qayıtmasını xeyli asanlaşdıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir