• C. Apr 19th, 2024

İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqləndi – FƏRMAN

ByYenigun.news

İyl 1, 2022

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Bildirilib ki, fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların yeni siyahısı təsdiqlənib.

Nazirlər Kabinetinə və Dövlət Gömrük Komitəsinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1–26 və 44–53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir