• Şb. İyl 27th, 2024

Kamran Əliyevdən ƏMR: Bakıya yeni prokuror təyin edildi, bir idarə və bir şöbənin rəisi dəyişdi

ByYenigun.news

Apr 27, 2022

Baş Prokurorluqda kadr islahatı olub.

Bununla bağlı Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru vəzifəsinə təyin edilib.

Baş prokurorun digər əmri ilə Tural Aslanov Baş Prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Eyni zamanda, Baş Prokuorluğun Maddi Texniki, Təminat  şöbəsinin rəisi vəzifəsinə isə Rövşən Abdullayev təyin olunub.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir