• Şb. Noy 2nd, 2024

Lavrov: “Azərbaycan və Ermənistana təklif vermişik”

ByYenigun.news

May 19, 2021

“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək üçün demarkasiya və delimitasiyanın keçirilməsinə başlamağa səy göstərməyi təklif edib”.

Yenigun.news xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin dünən axşam (mayın 18-də-red.) keçirilən qeyri-rəsmi görüşündə erməni həmkarımızın təklifini, Yerevan və Bakı arasında münasibətləri müzakirə etdik”, – S.Lavrov vurğulayıb.

O, KTMT-dəki həmkarlarını insidentin tənzimlənməsində Rusiyanın atdığı addımlar barədə məlumatlandırdığını qeyd edib.

Xatırladaq ki, Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı Ermənistan təşəbbüsü ilə KTMT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin Düşənbədə iclası keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir