• Şb. Fev 4th, 2023

Mehriban Əliyeva xristian icmasını təbrik edib – FOTO

ByYenigun.news

Apr 24, 2022

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

O bu barədə paylaşımı öz “Instagram” səhifəsində paylaşıb.

Təbrikdə deyilir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir