• Şb. İyl 27th, 2024

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini kim icra edir?

ByYenigun.news

İyn 4, 2022

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu vəzifəni professor general-leytenant Heydər Piriyev icra edir.

Qeyd edək ki, Milli Müdafiə Universiteti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir