• Şb. İyl 27th, 2024

Naibə Allahverdiyeva təltif olunmasından DANIŞDI

ByYenigun.news

May 10, 2022

Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Təltif olunanlar arasında Xalq artisti Naibə Allahverdiyeva da var.

Allahverdiyeva bu xəbəri ilk Oxu.Az-ın əməkdaşından eşidərək sevincini gizlədə bilməyib.

“İlk sizdən aldım bu xəbəri, məni çox sevindirdiniz, çox sağ olun. Ölkə başçımıza bu mükafata layiq gördüyünə görə dərin təşəkkürümü bildirirəm. O, bizim tarix yazan sərkərdəmizdir. Hər zaman incəsənət adamlarına qarşı xüsusi diqqət göstərib, dəyər verib. Bu gün də incəsənət adamlarına prezident mükafatının verilməsi bunun bariz nümunəsidir”, – deyə N.Allahverdiyeva əlavə edib.

Dilşad Bəhruzqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir