• Şb. Apr 20th, 2024

PA rəsmisi: “Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır”

ByYenigun.news

Sen 28, 2022

“Beyin mərkəzləri dövlətin gələcək idarə edilməsi strategiyasının tərkib hissəsidir”.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, beyin mərkəzləri proqnozlar verir, gələcəyin mümkün ssenarisini hazırlayır:

“Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır. Bu beyin mərkəzləri üçün yeni çağırışdır. Analitik mərkəzlər qeyri-müəyyən gələcəyə hazır olmalıdır”.

S.Yusifovanın sözlərinə görə, siyasi qütbləşmə dünyadakı analitik mərkəzləri narahat edən məsələlərdəndir:

“Hazırda beyin mərkəzlərinin qarşısında duran daha bir çağırış informasiyanın hazırkı sürətinə uyğunlaşmaqdır. İnformasiya texnologiyalarının inkişafı məlumat bolluğu yaradır və məlumatın toplanmasına asanlaşdırır. Lakin, eyni zamanda, dezinformasiyalar artır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir