• Ç. Fev 28th, 2024

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

ByYenigun.news

İyn 30, 2022

“Öz müqəddəratını təyin etmək hüququ heç vaxt terrorçuluqla qarışdırılmamalıdır. Pakistan terrorizmlə mübarizə aparır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edərkən deyib.

O qeyd edib ki, Pakistan həmçinin region dövlətləri arasındakı mübahisələrin, münaqişələrin sülh yolu ilə həllində iştirak edir.

“Azərbaycanın regionda böyük siyasi çəkisi var. Bu, Azərbaycanın illər ərzində yürütdüyü uğurlu siyasətlə bağlıdır. Azərbaycan regionun əsas oyunçusuna çevrilib”, – deyə o əlavə edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir