• Ça. Apr 16th, 2024

Parlament komitələrinin Şuşadakı birgə iclasının gündəliyi açıqlandı

ByYenigun.news

Apr 25, 2022

Milli Məclisin iki komitəsinin (İnsan hüquqları komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsi) Şuşada aprelin 27-də keçiriləcək iclasının gündəliyi bəlli olub.

Oxu.Az-ın Milli Məclisdən əldə etdiyi məlumata əsasən, iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Onların hamısı dinləmələrdir.

Birinci məsələ işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmədir.

İkinci məsələ isə məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmədir.

Üçüncü dinləmə Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrinə həsr olunacaq.

Bu iclas Şuşada keçirilən sayca ikinci komitə iclasıdır. İlk iclas aprelin 8-də keçirilmişdi.

Milli Məclisdə komitələrin iclaslarının Şuşada keçirilməsi üçün qrafik tutulub.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir