• Ç. Fev 28th, 2024

Paşinyan Blinkenlə söhbətində Brüssel görüşünü müsbət qiymətləndirib

ByYenigun.news

May 24, 2022

Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışıqları aparıb.

O, mayın 22-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə üçtərəfli görüşü müsbət qiymətləndirib.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Həmsöhbətlər Qarabağ münaqişəsinin həlli, regional kommunikasiyaların açılması, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Baş nazir Paşinyan mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı təəssüratlarını bölüşüb və görüşün ümumilikdə müsbət keçdiyini vurğulayıb. O, təəssüflə qeyd edib ki, görüşdən sonra müzakirələrin məzmunu ilə bağlı olmayan şərhlər verilib”, – deyə məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir