• Şb. İyl 27th, 2024

Səfir: “Moskva və Bakı Qarabağda sülhməramlılarla bağlı danışıqların tarixlərini razılaşdırırlar”

ByYenigun.news

Fev 12, 2024


“Rusiya və Azərbaycan Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”, – o deyib və Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 2025-ci ildə başa çatacağını xatırladıb.

Diplomat qeyd edib ki, Bakı bölgənin bütün ərazisinə nəzarəti bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib:

“Hazırda antiterror tədbirləri başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul xidməti aparır, binaları və mədəni tikililəri mühafizə edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir