• Be. Okt 14th, 2024

Səməd Seyidov erməni deputatları Avropa Şurasının dəyərlərinə hörmət etməyə çağırıb

ByYenigun.news

Apr 26, 2022

“Biz danışıqlar yolu ilə humanitar məsələləri və hətta ikitərəfli inamın bərpa olunması məsələlərini həll edə bilərik”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın Avtopa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yay sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda 30 min erməni yaşayır:

“Onlar Azərbaycan vətəndaşıdırlar. Ermənistanda yaşayan azərbaycanlılar isə etnik təmizləməyə məruz qalıblar. Mən Ermənistandan olan həmkarlarımı dialoqa dəvət edirəm.

Çətin vəziyyətdən yeganə çıxış Avropa Şurasının dəyərlərindən olan ikitərəfli danışıqlar yolu ilə mümkündür. Biz masa arxasında oturub humanitar məsələləri və hətta ikitərəfli inamın bərpa olunması məsələlərini həll edə bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir