• C. İyl 19th, 2024

Separatçıların Xankəndi-Xocalı yolu üstündəki “Tor” ZRK-sı məhv edilib – VİDEO

ByYenigun.news

Sen 19, 2023


Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş “Tor” zenit-raket kompleksinin (ZRK) vurulması anının görüntüləri yayılıb.

“Caliber” “Telegram” kanalının məlumatına görə, Xankəndi-Xocalı yolu yanında yerləşdirilmiş “Tor” ZRK-sı məhv edilib.

Xatırladaq ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Bu səbəbdən 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir