• Şb. Apr 27th, 2024

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

ByYenigun.news

İyn 30, 2022

“Bu gün Bakı konfransının iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatında liderliyinin və ölkənin təşkilata verdiyi töhfənin şahidi olublar”.

“Report” xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının kuluarında Suriya Parlamentinin üzvü Məhəmməd Baxit deyib.

“Bugünkü tədbir çox əlamətdardır, çünki bu konfransın dünyanın çoxlu sayda ölkəsinə aidiyyəti var. Qoşulmama Hərəkatı dünyada sülhün təmin olunmasına töhfə verir. Bu gün sülhün vacibliyini yenidən düşündük və onun qorunub saxlanılması istiqamətində daha bir addım atdıq”, – o bildirib.

O, Azərbaycanın Qoşulmama Hərəkatında mühüm rol oynadığını vurğulayıb: “Bu gün Azərbaycanın Qoşulmama Hərəkatına töhfəsini və onun təşkilatdakı liderliyini gördük. Azərbaycan dünya ölkələri üçün yaxşı işlər görə bilər. Bu konfransın təşkilinə və İlham Əliyevin Qoşulmama Hərəkatında liderliyinə görə təşəkkür edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir