Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədriMustafa Şentop Ramazan Bayramı münasibətilə Milli Məclisin Sədri xanım Sahibə Qafarovaya zəng edib.
Yenigun.news xəbər verir ki, Mustafa Şentop Milli Məclis sədrinin və üzvlərinin bayramını təbrik edib, Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.
Sahibə Qafarova da öz növbəsində həmkarına, TBMM üzvlərinə və bütün Türkiyə xalqına Müqəddəs Ramazan Bayramı münasibətilə təbriklərini yetirib. Telefon danışığı zamanıspikerlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.