• Ca. Apr 25th, 2024

Tofiq Zülfüqarovdan gözlənilməz CAVAB: “Məndən şəffaflıq istəməyin, peşəm belədir” – VİDEO

ByYenigun.news

Apr 25, 2022

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov aparıcı Emin Musəvi ilə olduqca maraqlı və səmimi söhbət edib.

Oxu.Az xəbər verir ki, aparıcı bununla bağlı görüntülər sosial şəbəkə hesablarında paylaşıb.

Diplomat aparıcıya verdiyi açıqlamaları ilə diqqət çəkib.

Belə ki, Musəvi Zülfüqarovun hazırda Mərdəkanda bağ evində yaşadığını bildirib. Bu zaman keçmiş xarici işlər naziri: “İzləyicilərin nəyinə lazımdır, mən haraya gedirəm, nə edirəm?” – deyərək reaksiya verib.

Aparıcı isə: “Niyə bilməsinlər axı? Onlar bilməlidirlər ki, Tofiq müəllim hara gedir. Şəffaflıq lazımdır”, – deyə qeyd edib.

Zülfüqarov Eminin bu sözlərinə: “Məndən səmimiyyət, şəffaflıq istəməyin, mənim peşəm belədir”, – deyə münasibət bildirib.

Qeyd edək ki, 62 yaşlı Tofiq Zülfüqarov 1998-1999-cu illərdə 37 yaşı olarkən Azərbaycanın dördüncü xarici işlər naziri olub. Daha sonra 2005-2010-cu illərdə Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri, 2007-2015-ci illərdə isə Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb. 

Emin Musəvi və Tofiq Zülfüqarovun söhbətinin tam versiyasını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir