• Şb. İyl 13th, 2024

Türkiyəli nümayəndə Bakıdan Ermənistana səsləndi

ByYenigun.news

Apr 1, 2022

“90-cı illərin Qarabağ müharibəsində məcburi köçkünlərin qaçqın düşərgələrinə yerləşdirilməsi prosesində iştirak etmişəm. O illərdə mən burada məcburi köçkünlərə xidmət etmişdim”.

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyə nümayəndə heyətinin üzvü Ömər Taşlı deyib.

Onun sözlərinə görə, o bölgələri həmin torpaqlar işğaldan azad edildikdən sonra ilk dəfə ziyarət etdim:

“Fərqli hisslər keçirdim. Bu torpaqların işğaldan azad edilməsinə çox sevindim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin ərazilərdə həyata keçirdiyi yenidənqurma işlərini görüb, daha da sevinirəm. Bu ərazilərin yenidən həyata qaytarılması üçün inanılmaz işlər görülür.

Təəssüf doğuran məqam isə burada bəşəri cinayət işlənib. Ərazidə mülki əhalinin öz yaşayış yerlərinə gedəcəyi yollarda minalar basdırılıb. Bu isə beynəlxalq hüquq pozuntusudur. Bildiyimiz qədər ilə, Ermənistan mina xəritələrinin də hamısını verməyib. Bu səbəbdən də biz minaların insan ölümlərinə yol açmadan təmizlənməsi və o torpaqlara yenidən həyatın qaytarılması üçün Ermənistanı dərhal mina xəritələrini Azərbaycana təslim etməyə çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir