• Be. Apr 22nd, 2024

Ukrayna-Polşa sərhədində vəziyyət niyə gərginləşir? – VİDEO

ByYenigun.news

Fev 26, 2024


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün Ukraynanın Dnepropetrovsk, Nikolayev, Xarkov, Xerson, Donetsk vilayətləri çox güclü və ciddi hava hücumuna məruz qalıb:

“Donetsk və Xersonda qarşılıqlı döyüşlər daha da şiddətlənib. Nikolayev vilayətində hətta Ukraynaya səfər etmiş Almaniyanın xarici işlər naziri Annalena Berbok dron hücumlarına məruz qalıb. Onu sığınacağa təxliyə ediblər”.

Qeyd edilib ki, Polşa ilə sərhəddə də vəziyyət olduqca gərginləşib:

“Hər gün Ukrayna vaqonları darmadağın edilir, taxıllar yerə tökülür. Bu, polşalı fermerlərin etirazı ilə bağlıdır. Onlar bildirirlər ki, Avropa İttifaqının Ukrayna taxılına tətbiq etdiyi güzəşt olmamalıdır. Çünki güzəşt edildiyi təqdirdə Polşa təsərrüfatı daha çox zərər görəcək”. 

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir