• C. Apr 19th, 2024

Vahid Əhmədovdan TƏKLİF: “Sputnik Azərbaycan”ın fəaliyyəti qadağan edilməlidir” – VİDEO

ByYenigun.news

Apr 26, 2022

“Sputnik Azərbaycan” agentliyinin fəaliyyəti Azərbaycanda qadağan edilsin”.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat Azərbaycan saytlarına Rusiyada qadağa qoyulmasına da münasibət bildirib:

“Azərbaycanda “Sputnik Azərbaycan” agentliyi fəaliyyət göstərir. Bu yaxınlarda da Abxaziyada, Osetiyada fəaliyyət göstərən bir generalı gətirib bu kanala rəhbər təyin ediblər. Bu kanalın, agentliyin fəaliyyəti dayandırılmalıdır. Mən buradan Media Agentliyinə və Mətbuat Şurasına müraciət edirəm. “Sputnik Azərbaycan”ın fəaliyyəti araşdırılsın və bu agentliyin fəaliyyəti Azərbaycanda qadağan edilsin”.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir