• Be. Fev 26th, 2024

Venesuela prezidenti Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi

ByYenigun.news

İyn 17, 2022

Azərbaycanda işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 17-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Venesuela Prezidenti ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Nikolas Maduro Şəhidlər xiyabanını da ziyarət edib.

N.Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonda Azərbaycan paytaxtının mənzərəsini seyr edən Venesuela Prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir