• Be. Apr 22nd, 2024

XİN başçısı: “Azərbaycan hərbi təminat baxımından Türkiyə ilə əməkdaşlıqda maraqlıdır”

ByYenigun.news

Mar 2, 2024


Azərbaycan hərbi təminat baxımından Türkiyə ilə əməkdaşlıqda maraqlıdır, bu istiqamətdə konkret addımılar atılır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Burada əməkdaşlığın müxtəlif formaları mövcuddur. Türkiyədə istehsal olunan silahların alınması, Azərbaycanda hər iki ölkənin müştərək hərbi istehsalının qurulması, eləcə də bu ölkənin iri layihələrində azərbaycanlı mütəxəssislərin iştirakı buraya daxildir. Bunların hər birinin ayrı-ayrılıqda əhəmiyyəti böyükdür, hər 3 istiqamətdə önəmli qərarlar qəbul edilib. Düşünürəm ki, gələcəkdə bunun effektini daha çox görəcəyik”, – C.Bayramov deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir