• Ç. Fev 28th, 2024

“Yeni Xocalılar yaşanmasın deyə!”: “Haber Global” Türkiyə – Azərbaycan qardaşlığı barədə – VİDEO

ByYenigun.news

May 16, 2022

Türkiyənin nüfuzlu “Haber Global” telekanalının efirində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hava limanının açılışında iştirak etməsi müzakirə olunub.

Telekanalın ekspertləri – Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Türkiyə Təqaüdçü Zabitlər Dərnəyinin sədri Ərdoğan Qaraquş və İstanbul Aydın Universitetinin elmlər doktoru Özgür Tör iki ölkə arasındakı münasibətlərin dünyada analoqunun olmadığını bildiriblər.

Eksperlərin sözlərinə görə, iki ölkə liderinin öncə Füzuli, daha sonra Rize-Artvin hava limanının açılışında iştirak etmələri simvolik mesajlar sayıla bilər.

Daha ətraflı “Haber Global”ın verilişində:  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir